Xəbər lenti

 Amerikalı muğam musiqiçisi Cefri Verbok Londonda konsert verəcək.

"Report"un qərbi Avropa bürosu xəbər verir ki, o, konsertdə muğamı üç musiqi alətində - tarda, kamançada və udda ifa edəcək. 

Konsert "Azərbaycan Evi"nin təşkilatçılığı ilə noyabrın 26-da baş tutacaq.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində C.Verbokun Azərbaycana növbəti səfəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi kimi ağrı-acılı bir vaxta təsadüf edir. Həmin dövrdə amerikalı musiqiçi qaçqın düşərgələrində azyaşlı uşaqların ifasında muğamı dinləyib və onun pərəstişkarına çevrilib. O, muğamın sirlərinə yiyələnib və Azərbaycan mədəniyyətini, muğamı ABŞ-da təşviq etməyə başlayıb.

Azərbaycan milli geyimində səhnəyə çıxan C.Verbok bu gün muğamı təkcə ABŞ-da deyil, Parisdə, Londonda və Avropanın digər şəhərlərində ifa edir.




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 23-11-2017, 08:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma