Xəbər lenti

                          

Dekabrın 9-10-da Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün “Best of 2017” adlı əyləncə proqramı təqdim olunacaq.

Balacaların sevincinə səbəb olacaq bu proqram məhz onların istəyinə uyğun gerçəkləşəcək. Belə ki, proqramda uşaqlar “Sevimli qəhrəmanını yarat”, “Öz butanı yarat” “Bacarıqlı əllər Eyfel qülləsi” və digər mövzularda özlərini sınayacaq, müxtəlif şou-proqramların şahidi olacaqlar.

Əziz uşaqlar, həyatınızı xatirələrlə zənginləşdirmək və unudulmaz etmək istəyirsinizsə, Milli İncəsənət Muzeyini ziyarət etməyiniz kifayətdir.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 843          Tarix: 7-12-2017, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma