Xəbər lenti

 Hollivud aktyoru Silvester Stallonenin yaxınları aktyorun sosial şəbəkədə yayılan ölüm xəbərlərinə münasibət bildirib.
“Report” xəbər verir ki, internetdə yayılan məlumatlarda bildirilir ki, 71 yaşlı aktyor guya prostat vəzi xərçəngindən vəfat edib.
Qeyd olunur ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.
"Qardaşımın ölümü barədə yayılan xəbərlər yalandır. Hansı xəstə, amansız düşüncə sahibi belə bir şey fikirləşə bilər? Bunu edən insanlar ağılsızdırlar və cəmiyyətdə onlara yer yoxdur", — deyə Stallonenin musiqiçi qardaşı Frenk Stallone "Twitter"də yazıb.
Yeri gəlmişkən aktyor fevralın 14-də məşq zalından öz şəklini paylaşıb.




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 19-02-2018, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma