Xəbər lenti

Tanınmış rejissor Roman Polanski və aktyor Bill Kosbi Amerika Kino Akademiyasından xaric edilib.

APA-nın “Meduza” portalına istinadən verdiyi məlumata görə, Kino Akademiyasının rəhbərləri zorlamada günahkar bilinən hər iki şəxsin Akademiyadan çıxarılmasına qərar verib.

“İdarə Heyəti Akademiya üzvlərindən hörmət və insan ləyaqətinə uyğun davranış qaydaları tələb edən etik standartları dəstəkləməyə davam edir”, – deyə Akademiyanın bəyanatında deyilir.

Qeyd edək ki, 84 yaşlı R. Polanski 1977-ci ildə 13 yaşlı Samanta Geymeri zorladığını etiraf edib.

80 yaşlı komediya aktyoru B. Kosbi isə bu il aprelin sonlarında universitet əməkdaşı Andrea Konstandı zorlamaqda günahkar bilinib.

Onlarla qadına qarşı seksual zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən prodüser Xarvi Vaynşteyn isə 2017-ci ilin oktyabrında Amerika Kino Akademiyasından çıxarılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 4-05-2018, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma