Xəbər lenti

SSRİ-nin tanınmış rejissoru, ssenaristi və aktrisası Kira Muratova 83 yaşında dünyasını dəyişib.

Muratova iyunun 6-da Ukraynanın Odessa şəhərində vəfat edib. Məlumatı əri Yevhen Holubenko verib, ancaq ölümün səbəbi açıqlanmır. Muratovanın fərqli üslublu filmləri sovet hökumətinin sərt senzurasına məruz qalıb. Onun 1960-70-ci illərdə çəkdiyi filmlərin çoxu yalnız Mixail Qorbaçovun 1980-ci illərdəki islahatlarından sonra Sovet İttifaqında göstərilməyə başlayıb.

1934-cü ildə Soroka şəhərində anadan olmuş Kira Korotkova peşəkar həyatını demək olar bütövlükdə Odessada keçirib. 1988-ci ildə “Boz daşlar arasında” adlı filmi Kann Film festivalında göstərilib. 1990-cı ildə “Astenik sindrom” filmi Berlin beynəlxalq festivalında jürinin baş mükafatını qazanıb.

Muratova-nın filmləri 1991, 1995, 2005, 2007, 2009 və 2013-cü illərdə Rusiyanın Nika mükafatına layiq görülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 021          Tarix: 8-06-2018, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma