Xəbər lenti
7-03-2019, 22:48

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru təyin edilib.

Bu barədə Strateq.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N. İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor işləyib. 1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N. İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri vəzifələrini icra edib. N. İsmayılzadə 2018-ci il iyun  ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Prezidentin sərəncamı ilə N. İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Nazirlikdən əlavə edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 29-06-2018, 16:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar