Xəbər lenti

 

“Toya sənət demək olmaz. Amma toy xalqdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

Pedaqoq kimi də fəaliyyətini davam etdirən müğənni bildirib ki, bir müğənninin daha da inkişaf etməsində toyun da rolu var: “Sənəti ali təhsil ocaqlarında öyrənirlər. Sənət ordadır. Mən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərirəm. Yaxşı tələbələrim var. Hansı ki, biri Türkiyədə, digəri Rusiyada müsabiqədə birinci yeri qazanıb. Uzun illər məni bu sənətdə olmağa icazə vermədilər. Erkən yaşımda ailə qurdum. Övladlarım kiçik olan zaman toy mərasimlərinə getdim. Ondan sonra İncəsənət Universitetinə qəbul oldum, magistr oldum. Arif Babayevin tələbəsi oldum.

Bir sözlə, indiki gənclərə tövsiyəm odur ki, yüngül işdən yapışmasınlar. Səbirli olun. Onun bunun zəhməti, əziyyəti ilə çay içmək düzgün deyil. Çünki o çay bir gün geriyə qayıdacaq”. \\AzNews.az




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 12-09-2018, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma