Xəbər lenti

 

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”. 

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”. 

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb. 




Ana səhifəyə qayıt        Baxış: 392          Tarix: 14-08-2019, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma