Xəbər lenti

 

Ötən həftə 78 yaşını tamamlayan Xalq artisti Elmira Rəhimova səhhətindəki problemlərdən əziyyət çəkdiyini bildirib. 
E.Rəhimova Moderator.az-a açıqlamasında tez-tez təzyiqinin yüksəldiyini deyib:
“Əlli il incəsənətdə olmuşam və heç vaxt kollektivə doğum günüm olduğunu bildirməmişəm. Amma bu il doğum günümlə bağlı sosial şəbəkələrdə məlumat yaydılar, amma bundan xəbərim yox idi. Qaldı ki, səhhətim yaxşı deyil, təzyiqim tez-tez qalxır, bir yandan da şəkər xəstəsiyəm. Çox vaxt oğlumgildə qalıram və mənə qulluq edirlər. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”. 
Xatırladaq ki, E.Rəhimova 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Şirkətinin solistidir. Əllinci ilərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hinditsanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub və hind mahnı və rəqslərini öyrənib. Bununla yanaşı o, Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. O, dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. 



Ana səhifəyə qayıt        Baxış: 417          Tarix: 22-08-2019, 12:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma