Xəbər lenti

 

Bu gün "YouTube"da yayımlanan, sənətçi Murad Arifin müəllifi olduğu "Popumuz var" verilişinin qonağı yazıçı Aysel Əlizadə olub. Maraqlı məqam odur ki, Murad Arif yazıçını yeni təxəllüslə - Aysel Aydın kimi təqdim edib. 

Ovqat.com xəbər verir ki, Aysel xanım "Qaynarinfo"a açıqlamasında bildirib ki, bu, Murad bəyin şəxsi təşəbbüsüdü: "Görüşəndə Murad bəy mütləq təxəllüsümün, soyadımın yerinə məni ifadə edən qısa imzanın olmasının vacibliyi haqda fikrini dedi. Ona bu haqda daha əvvəl dostlarımla da danışdığımızı söylədim. Onların təklif etdiyi "Aydın" imzasını sözgəlişi səsləndirdim. Murad çox bəyəndi və belə də olmalıymış kimi məni Aysel Aydın kimi təqdim etdi, tərəddüdə macal da vermədi". 

Qeyd edək ki, Aysel Aydın Əlizadə verilişdə aparıcının feminizm, insan haqları, ailə modeli, din, sənət, qadağalar və bəşəri dəyərlər kimi mövzular haqda suallarını cavablayıb. 

Feminizm haqda danışan yazıçı bu cərəyanı belə açıqlayıb: "Feminizm azadlıq, əmək haqqı və seçim bərabərliyi uğrunda mübarizədi". 

Verilişdə ənənəvi olaraq Murad Arifin təqdim etdiyi mahnı və klip top onluğuna qısaca fikir bildirən yazıçı müğənni Dilaranın "Hərəm" adlı mahnısı haqda bunları deyib: "Dilarə xanım inciməsin, demode mövzudu. Dünyada gender bərabərliyi prioritet olduğu halda "Hərəm" adlı mahnı oxumazlar. Qadınlar çoxdan hərəm deyillər".  

Sonda Murad bəyin əxlaqla bağlı sualına yazıçı belə cavab verib: "Ədalətsiz qərar verən, başqasının haqqına girən hakim mənim üçün fahişədən qat-qat əxlaqsız adamdı". 

Qeyd edək ki, veriliş xeyli maraq yaradıb. Qonağın mübahisə doğuran fikirləri müzakirələrə səbəb olub. 




Ana səhifəyə qayıt        Baxış: 416          Tarix: 12-09-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma