Xəbər lenti

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Milli Musiqi günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.

İcmadan Modern.az-a bildirilib ki, çarxda Üzeyir bəyin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.

“Üzeyir Hacıbəyli  Qori müəllimlər seminariyasında təhsilini başa vurduqdan sonra Qarabağın Hadrut kəndinə göndərilir. Orda bir il müəllim işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur”. 

Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən videoçarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir bəyin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən gülləbaran edildiyi də qeyd olunub.

“Sovet dövründə də erməni millətçiləri Üzeyir bəyin həyatına təhlükə yaratmaqda davam edirlər. 1947-ci ildə Üzeyir bəyin səhhəti daha da ağırlaşır. Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır”-deyə videoçarxda bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 21-09-2019, 11:16      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent