Xəbər lenti

 

İkinci "Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı" çərçivəsində nəsimisevərlər və festival qonaqları dahi şair İmadəddin Nəsiminin qardaşı Şahxəndanın dəfn edildiyi türbə ilə tanış olublar.

APA xəbər verir ki, qonaqlara türbədə aparılan bərpa və konservasiya işləri barədə məlumat verilib.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, abidə, Prezident İlham Əliyevin tapşırığına əsasən, ən müasir texnologiyalara vasitəsilə bərpa və konservasiya edilir. Türbənin bərpası işləri Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 30-09-2019, 06:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma