Xəbər lenti

 

Oktyabrın 2-dən 3-dək Bakıda görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilən beynəlxalq elmi simpozium keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan, Türkiyə, İran, Niderland, Rusiya alimlərinin iştirak edəcəkləri beynəlxalq tədbirdə müxtəlif mövzularda 30-dan çox elmi məruzə dinləniləcək.

Simpoziumda Əhməd bəy Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı və s. barədə müzakirələr aparılacaq.




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 2-10-2019, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma