Xəbər lenti

 

Qazıntılar rayonunun Fazil kəndində, Təpə Başı adlanan ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən aparılır.

Qazıntılar antik və dəmir dövrünün izlərini üzə çıxarıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır.

Ərazidə beş qəbir və üç qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri aparılır, qazıntıların fotoplanları hazırlanır.

İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək.(oxu.az)




Ana səhifəyə qayıt        Baxış: 642          Tarix: 10-10-2019, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma