Xəbər lenti

 

Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

Bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Bundan əlavə görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri müzakirə olunub.

A.Xudiyev bildirib: "Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın zamanda Ukraynada iqtisadi forum keçirməyi planlaşdırırıq”.

Qeyd edilir ki, Azərbaycan Mədəni-İnformasiya Mərkəzi noyabr ayının 8-i açılacaq. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 30-10-2019, 00:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma