Xəbər lenti

 

Ovqat.com bildirir ki, ARB TV-nin "Günə davam" proqramının qonağı müğənni Roza Zərgərli olub.

Müğənni övladları barədə yayılan şaiələrə aydınlıq gətirib.

Roza Zərgərli aparıcı Ülviranın neçə uşağın var sualını belə cavablandırıb.

"Mənimlə bu barədə açıqlama alanda mən demişəm ki, çoxunun bioloji anası mən deyiləm. Bunu insanlar başqa cürə yozdular. Elə yozdular ki, mənim, ailə qurduğum insanın övladlarıdır. Əsla bu belə deyil. Əslində mənim 4 övladım var. 3 övladım uşaq evindən götürülüb, kiçik oğlum hələ də uşaq evindədir. Bir müddət sonra bizimlə bərabər olacaq. Çünki bu çox çətin prosesdir. Sənədləşdirmə falan. Böyük qızımın 25 yaşı var. 5 yaşında övladı var. Adı Natavandır. Nəvəm də var.

Aparıcının 3 uşaq götürməyi necə qərara aldın sualına, müğənni belə cavb verdi.

"Çox adam indi deyəcək ki, piardı, reklamdı, əsla bu belə deyil. Piar etsəydim elə bunları körpəlikdən götürəndə, o gündən piar edərdim. Bənövşənin 3 yaşı olanda böyük qızımı götürdüm. Doğma övladım Bənövşədir. O zaman böyük qızımı götürəndə onun 12 yaşı var idi".

Aparıcı Ülviranın müğənniyə Azərbaycanın Ancelina Coli deməsinə Roza Zərgərlinin reaksiyası belə oldu.

"Mən övladlığa uşaq götürən də, Ancelina Coli hələ övladlığa uşaq götürmürdü. Mənim əkiz övladım olub. Bənövşə və 1 oğlan. Oğlan rəhmətə gedib. Mən böyük oğlumu setdə görmüşəm. Çox istedadlı 1 gəncdir. Onu görəndə mən ilk andan düşündüm ki, bu mənim oğlumdur. Çünki mənim oğlum sağ olsaydı, belə olardı. Kim də bunu qeyri-səmimi qəbul edərsə, bu onun qəlbinin qeyri-səmimiliydir".

Videonu izləmək üçün şəklə klikləyin:




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 11-09-2017, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma