Xəbər lenti

 

Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.

Ovqat.com xəbər verir ki, Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.

Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.

Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur. (report)

Tel:(02425) 5 23 52; Mob:055-625-03-78




Ana səhifəyə qayıt        Baxış: 693          Tarix: 22-09-2017, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma