Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istifadə verməsindən sonra partiyada yeni sədr seçimi üçün qurultay keçirilməyib.

Cəmiyyətdə keçmiş sədr Etibar Məmmədov yenidən partiyanın rəhbər postuna qayıdıacağı barədə idialar səsləndirlir.

AMİP-in qarşıdakı qurultayında Etibar Məmmədovun yenidən sədr postuna qayıdışı ilə bağlı iddiaların əsası varmı?

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Modern.az-a deyib ki, yay mövsümündə insanlar adətən istirahətə üstünlük verir, siyasi proseslər bir qədər zəifləyir, fasilələr yaranır.

“Ona görə də qurultayın keçirilməsi bir qədər ləngidi. Qurultayın keçirilməsi məsələsi partiyanın Mərkəzi Şurasının səlahiyyətindədir. Bütün məsələlər həll olunub, qurultayın nümayəndələri seçilib, tərkibi də tam formalaşıb”.

Ə.Orucov bildirib ki, Etibar Məmmədovun partiya sədrliyinə qayıdışı gündəmdə deyil: “Etibar bəy partiyanın fəxri lideridir, fövqəladə qurultayı çağırmaq belə, onun səlahiyyətindədir. O, istefa verib gedəndə yenilik etdi, istefa mədəniyyətinin əsasını qoydu. Etibar Məmmədov öz yerini gənclərə verdi. Hər halda bu da uğurlu bir addımdır, baxmayaraq ki, Azərbaycanda yeniliklər bir qədər çətinliklə qəbul edilir, müəyyən fəsadları olur. Bütün bunlara baxmayaq, bu addım atılmalı idi və Etibar Məmmədov onu etdi. Etibar bəyin yenidən partiya sədrliyinə gəlməsi gözlənilmir”.




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 25-09-2017, 17:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent