Xəbər lenti

 

Cəlilabadda bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ovqat.com-a verilən məlumata görə, 25 sentyabr 2017-ci il tarixində saat 17:30 radələrində Cəlilabad rayonunun Zopun kəndi yaxınlığındakı bələdiyyə ərazisində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayının sərhədində yanğın hadisəsi baş verib.

Bələdiyyə ərazisində baş verən yanğının meşə fonduna keçməməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin nümayəndələri cəlb edilib. Meşə işçilərinin və yanğından mühafizə dəstəsinin ciddi səyləri nəticəsində yanğın qısa müddətdə söndürülüb, yanğının meşə sahəsinə keçməsinin qarşısı alınıb.




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 25-09-2017, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma