Xəbər lenti

 

Tovuz rayonunda toyda kütləvi dava olub.

Ovqat.com xəbər verir ki, Metbuat.az-ın məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib. 

Toyda sərxoş vəziyyətdə olan bir-neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. 

Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 28-09-2017, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma