Xəbər lenti

Gözəl Bayramlı daha 2 ay həbsdə qalacaq

AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb.

Publika.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə baş prokurorun birinci müavini Rüstəm Usubov və müstəntiqin təqdimatı təmin edilib. Gözəl Bayramlının həbs müddəti daha 2 ay müddətinə uzadılıb.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Gözəl Bayramlı barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla Gözəl Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonrakı müddətdə onun barəsində olan həbs qətimkan tədbiri daha iki ay uzadılımışdı.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 6-10-2017, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma