Xəbər lenti

 Bakıda orta yaşlı kişiyə 7 bıçaq zərbəsi vurulub.

"Report" xəbər verir ki, bıçaqlanma hadisəsi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən 1984-cü il təvəllüdlü Məmmədov Yusif Lətif oğlunun boyun və bədən nahiyəsinə ümumilikdə 7 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, tibbi əməliyyatdan sonra Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində bildirib ki, taksidə evə gedərkən yuxulayıb. Yuxulu vəziyyətdə də bıçaqlanıb. Ancaq polis onun bu ifadəsinin doğruluğunu təsdiqləmir.

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 7-10-2017, 07:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma