Xəbər lenti

 Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi "VAZ-21012" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ-21012" markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan "Priora"-ya çırpılıb. Nəticədə "VAZ-21012"-də olan üç sərnişin və "Chevrolet"in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 7-10-2017, 08:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma