Xəbər lenti

 

Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
Ovqat.com xəbər verir ki, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.
Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.
Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.(report)




Ana səhifəyə qayıt        Baxış: 441          Tarix: 10-10-2017, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma