Xəbər lenti

Əfqan Muxtarlı hakimə etiraz etdi

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılması üçün məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov hakimə etiraz edib. Bu səbəbdən həbs qətimkan tədbiri müddətinin artırılması barədə məhkəmə iclası təxirə salınıb.

Növbəti iclas sabah keçiriləcək. İttihama görə,

Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.




Ana səhifəyə qayıt                 Tarix: 12-10-2017, 16:13       Baxış: 44


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə