Xəbər lenti

 

Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb.

Ayşad Məmmədov və Abbas Qəhrəmanov çalışdıqları Milli Dram teatrından kənarlaşdırılıblar. Onların prezident mükafatından məhrum edilməsi üçün tədbirlər görülür.

Bundan başqa, hər üç aktyorun bundan sonra seriallarda çəkilişinə qadağa qoyulub.
Həmçinin, onlardan “Əməkdar artist” fəxri adının alınması məsələsinə də baxılır.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə bəzi incəsənət nümayəndələrinin də qatıldığı məlum olub. Onların bəzilərinin hazırda telekanallarda nümayiş etdirilən teleseriallarda aparıcı rollar ifa etdiyi deyilir.

Müxalifətin mitinqindən əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Milli Şuranın aksiyalarına qatılan şəxslər barədə xüsusi araşdırmalar aparılır. Dövlət orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin ali məktəblərdə oxuyan tələbələr və digər bu qəbildən olan şəxslər təsbit olunur və onların barəsində ölçü götürülür. Müxalifətin əvvəlki mitinqlərinə qatılan bir sıra belə şəxslər barədə artıq cəza tədbirləri görüldüyü barədə məlumatlar da var.\AzNews.az\




Ana səhifəyə qayıt                 Tarix: 12-10-2017, 18:46       Baxış: 65


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə