Xəbər lenti

 

Akvarium və hovuzlarda saxlanılan bəzəkli yapon balıqların Azərbaycanda ilk dəfə süni göllərdə yetişdirilməsinə başlanılıb. Salyanda yaradılan təsərrüfatda gələcəkdə bu balıqların satışı da olacaq.

Əsasən Yaponiyada yetişdiririlən və öz rəngarəngliyi ilə digərlərindən seçilən bu balıqlar respublikamızda Gəncədə hovuzlarda saxlanılsa da, onun yetişdirilməsi ilə indiyədək məşğul olan olmayıb.

Amma Salyanını Boranıkənd kəndində yaşayan, 27 yaşlı Hüseyn Əliyev ilk dəfə olaraq Azərbaycanda belə balıqların yetişdirilməsinə başlayıb. 3 ay bundan öncə 800 belə balığı 1 hektara yaxın süni gölə buraxıb.

Süni göldə yetişdirilən balıqlar gündə 2 dəfə-səhər və axşam arpa, buğda və digər yemlərlə qidalandırılır. Bir neçə ildən sonra bu balıqların hər birini 10 kioqrama qədər çatdırmaq mümkün olur. Yerli balıqlardan fərqli olaraq koyekarp balıqlarının özəl xüsusiyyətləri də var.

Hazırda 300-600 qram çəkisi olan balıqlar bir aydan sonra ilk dəfə internet vasitəsi ilə satışa çıxarılacaq. Qiymətləri isə yerli balıqlardan bir qədər fərqli olacaq. Təsərrüfat sahibi deyir ki, əgər yaxşı gəlir əldə edə bilsələr gələcəkdə sahələri genişləndirməklə daha çox bu balıqların yetişdirilməsinə üstünlük verəcək.




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 13-10-2017, 20:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent