Xəbər lenti

 

ABŞ-ın ən varlı adamı yenidən Bill Qeyts seçilib.

Ovqat.com Trend-ə istinadən bildirir ki, o, "Forbes" jurnalının dərc etdiyi reytinqə başçılıq edir.

"Microsoft"un başçısının var-dövləti 89 milyard dollara çatır. "Amazon" şirkətinin başçısı Ceff Bezos 81,5 milyard dollar ilə ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə isə Uorren Baffetdir, onun var-dövləti 78 milyar dollar təşkil edir.




Ana səhifəyə qayıt        Baxış: 861          Tarix: 17-10-2017, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma