Xəbər lenti

Hazırda həbsdə olan Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Vəkil Elçin Sadıqov "Report"a açıqlamasında bildirib ki, Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas oktybarın 31-nə təyin edilib.

İşə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ay Q.İbrahimov və atası H.İbrahimova qarşı əlavə ittiham irəli sürülüb. Hər iki şxəs Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsilik etmə) ilə təqsirli bilinir.   




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 18-10-2017, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma