Xəbər lenti

Azərbaycanda nümayəndəlik institutunun ləğvi məsələsi ilə bağlı layihənin yenidən müzakirəyə çıxarılacağı vaxt məlum olub.

 Layihə 2018-ci ilin yaz sessiyasında, fevral ayında nəzərdə tutulan plenar iclaslardan birində müzakirəyə çıxarılacaq.

 Layihəyə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, nümayəndəlik institutunun tam ləğv olunması yox, məhkəmələrdə çıxış edəcək nümayəndələrin təmsilçiliyində ixtisas baxımından konkretləşdirmə aparılması planlaşdırılır. Eyni zamanda, vəkillərin sayının artırılması ilə bağlı atılacaq addımlara da yer veriləcək.

 Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndəlik institutunun qadağan olunması ilə bağlıdır.

 Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

APA




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 23-10-2017, 15:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent