Xəbər lenti

 

Şamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.
Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Ş.Şirinova evdə oynayarkən sobanın üzərində qaynamaqda olan su qabına toxunub. Nəticədə qaynar su önun üzərinə tökülüb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Solmaz Tağıyeva bildirib ki, xəstə gətirilərkən aqanal vəziyyətdə olub: "Azyaşlı döş qəfəsinin ön səthinin hər iki yuxarı ətrafı və sağ budun 3-4-cü dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 24-10-2017, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma