Xəbər lenti

 

Restoran, kafe və bu tip obyektlərin sahibləri tərəfindən mahnı müəlliflərnə də qonarar veriləcək. Hətta bu qonararı n məbləği paytaxt və bölgələrə görə fərqlənir. Bəs əgər obyekt icarəyə verilibsə bu zaman məsələ necə həll olunacaq? Maraqlıdır restoran və obyekt sahiblərinin necə məsələyə reaksıyası necədir?

Şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa oluna musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonarar ödəyəcəklər.
Bu qərar Nazirlər Kabineti tərəfindən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı" haqda qanundakı dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən bundan sonra oxunan müəllif mahnılarına görə kafe, bar,şadlıq sarayları, əyləncəli məkanlar və restoranlar fərqli məbləğdə pul ödəyəcəklər.
Veriləcək qonarar mahnı ifa edən musiqiçilər tərəfindən yox, məhz obyekt sahibləri tərəfindən ödəniləcək. Həmin obyektlər əgər icarəyə verilibsə, burda məsələ anlaşma yolu ilə olacaq.
Restoran və şadlıq evi sahibləri isə hec cür bu qayda ilə razılaşmaq istəmir.
Qonorarın verilməsini obyektlər bu şəkildə ödəməyi planlaşdırır.
Yığılan məbləğ ay sonunda ümumi müəlliflər arasında bərabar sayda bölünəcək. Buna nəzarət isə həmin obyektlərdəki kameralar vasitəsi ilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.\\xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 726          Tarix: 24-10-2017, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma