Xəbər lenti

 Bakıda yük avtomobili qatarla toqquşub.

"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb. 

Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 1 044          Tarix: 28-10-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma