Xəbər lenti

 

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Ovqat.com "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Qazel" markalı avtomobil odun daşıyan "Muravey" markalı motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletdə olan Biləsuvar şəhər sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Qurban Tarverdi oğlu və 1961-ci il təvəllüdlü Sarıyev Talıb Feyzi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 722          Tarix: 29-10-2017, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma