Xəbər lenti

 

Bu gün axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Ovqat.com bildirir ki, bu barədə "report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. 

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. 

Güclü və isti külək olmasına baxmayaraq, hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 30-10-2017, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma