Xəbər lenti

 

Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb.
Hadisə bu gün axşam saatlarında  Kürdəmir rayon ərazisində qeydə alınıb.
Kürdəmir rayonun Atakişili kənd sakini,  1985-ci il təvəllüdlü Rauf Rafiq  oğlu Əliyevin  idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi “Mercedes” markalı maşına çırpılıb. 
İdarəetmədən çıxan “Mercedes” yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və “VAZ-21011” markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 10-11-2017, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma