Xəbər lenti

Rusiya-Azərbaycan sərhədində yerləşən "Yaraq-Qazmalar" gömrük buraxılış məntəqəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin müfəttişləri Azərbaycandan aparılan 20 ton qıcqırdılmış tütün məhsulunu saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, daşınan tütünün sənədləri saxta olub, ona görə də, yük Rusiya ərazisinə buraxılmayıb.

Məhsul sahibinə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi üzrə (Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması) inzibati protokol tərtib olunub.

Bildirilir ki, ilin əvvəlindən Dağıstan müfəttişləri Azərbaycandan 70 tondan çox xiyar, pomidor, nar və digər məhsulların Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 11-11-2017, 12:16      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent