Xəbər lenti

 Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.

"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər.

Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 14-11-2017, 07:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma