Xəbər lenti

   Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 Hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 159-cu kilometrliyində, Ağsu şəhəri ərazisində qeydə alınıb.

İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu şəhər sakini 1994-cü il təvəllüdlü Cavadzadə Azər Qəhrəman oğlu və rayonun Qəşəd kənd sakini 1980-ci il təvəllüdlü Osmanov Xalid Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.//APA




Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 19-11-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma