Xəbər lenti

 Bakıda qadın özünü beşinci mərtəbədən atıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, noyabrın 17-də, gecə saatlarında Şərifzadə küçəsi 69 ünvanında 1968-ci il təvəllüdlü Rəna Zeynalova özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. Nəticədə onun hər iki daban sümüyü sınıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, iki gün sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldümrə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Fakt araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 778          Tarix: 20-11-2017, 08:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma