Xəbər lenti

 Azərbaycanda 2 yaşlı qız batareya udub. Xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olub.

Bununla bağlı Ailem.az-a məlumat verən tanınmış uroloq, cərrah Fuad Hüseynov bildirib ki, valideynləri hadisədən dərhal sonra yaşadıqları rayon xəstəxanasına müraciət ediblər: “Orda həkimlər batareyanı çıxarmaq üçün saatlarla çalışsalar da, cəhdləri uğursuz alınıb. Bu çalışmalar nəticəsində yemək borusunun alt hissəsindəki batareyanı yuxarı qaldıra biliblər ki, bu da uşaq üçün, sözün əsl mənasında, ən azından həyat qurtarıcı hal olub. Batareya eyni yerdə qalsaydı, qida borusunun divarını tamamilə yandırardı”.

Həkimin sözlərinə görə, ailə həyəcanla, övladlarını itirmək qorxusu ilə hadisədən 7-8 saat keçdikdən sonra onlara müraciət edib: “Özofoqoskopla, yəni işıqlı alətlə yemək borusuna girilərək ciddi texniki çətinliklərlə yemək borusuna pərçimlənmiş təqribən 2 sm ölçüsündə olan batereya çıxarıldı. Qida borusunda ciddi yanıq olduğu üçün ən böyük təhlükəmiz borunun deşilməsi idi. Əməliyyatdan sonra çəkilmiş rentgendə hər şeyin normal olduğu görüldü. Beləliklə, uşaq tam sağlam şəkildə evə yola salındı”.

F.Hüseynov deyir ki, yanan yemək borusu üçün ən böyük təhlükə daralmadır və bunun da olub-olmayacağı qarşıdakı günlərdə bilinəcək.//AzPolitika




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 27-11-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma