Xəbər lenti

                                

Xaçmazda yaşayış evi yanıb.

Şəhərin Aşıq Ələsgər küçəsi ev 41 ünvanında baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

1953-cü il təvəllüdlü Paşayev Rafiq Sabir oğlu dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona hər iki əlin üst səthinin eləcədə bel, baş və üz nahiyəsinin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxsin vəziyyəti ağırdır. Yaşayış evində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.//APA




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 29-11-2017, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma