Xəbər lenti

                                              Azərbaycan vətəndaşlarının ölkəyə giriş-çıxış qaydaları dəyişdi

Nazirlər Kabineti 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na dəyişikliklər edib.

 Qaydalara aşağıdakı məzmunda 5.9-cu və 6.5- 1-ci bəndlər əlavə edilib:

“5.9. “E-qeyri-rezident” altsistemi - “Giriş- çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem.

6.5-1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər” informasiya resursu üzrə:

6.5-1.1. “www.azexport.az” internet portalından “E-qeyri-rezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən etibarnamənin skan edilmiş surəti, habelə elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;

6.5-1.2. Azərbaycan Respublikasına gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat yaradan altsistemlər”.




Ana səhifəyə qayıt        Baxış: 385          Tarix: 1-12-2017, 23:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent