Xəbər lenti

                                                                                             

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələki sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, digəri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb.Yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

                                                   **********************     

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.Hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digr ikisi isə Şəkiyə aparılıb.Maşınlardan birində toydan qayıdan hərbçilər olub.//APA və Report 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 9-12-2017, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma