Xəbər lenti

 

Salyan rayonunda arvadını və 4 qızını öldürən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Ovqat.com report-a istinadən xəbər verir ki, dekabrın 8-də Salyan Rayon Məhkəməsində barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən ata və oğlu Bakı İstintaq Təcridxanasına etap edilib.

Hazırda hər iki şəxsin istintaqı davam etdirilir.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Ana səhifəyə qayıt        Baxış: 1 149          Tarix: 11-12-2017, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma