Xəbər lenti

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumun ölümünə münasibət bildirib.

Penitensiar Xidmətdən verilən məlumata görə, adıçəkilən müəssisədə cəza çəkən məhkum Mürsəlov Fərhad Zeynal oğlunun ölümündə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqəti əks etdirmir: "Məhkumun ölməsi təbii ölümdür. Bu hadisədə Penitensiar Xidmət əməkdaşının adının hallanması həqiqətəuyğun deyil".

Qeyd edək ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu müəssisədə ürək tutmasından vəfat edib. Sosial şəbəkələrdə isə məhkumun ölümündə penitensiar xidmət əməkdaşının adı hallandırılıb.\\Trend




Ana səhifəyə qayıt        Baxış: 1 021          Tarix: 13-12-2017, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma