Xəbər lenti

Yasamal rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İclasda hökm oxunub. Hökmə əsasən, Q. İbrahimovun cəzası 3 ay artırılıb. Atası Həsən İbrahimov isə aylıq qazancının 20 faizi tutulmaqla 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Qeyd edək ki, Q. İbrahimov və atası H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.

Q. İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir. O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. (APA)




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 18-12-2017, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma