Xəbər lenti

 

Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlayacaq.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli bildirib ki, müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atılıb.

Akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.

İclasda daha sonra Humanitar Elmlər Bölməsinə AMEA Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 20-12-2017, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma