Xəbər lenti

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsi ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Məmməd İbrahimin müraciəti təmin edilməyib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Məhkəməsinin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum edilib.

O, 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 26-12-2017, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma