Xəbər lenti

Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Telqraf.com-a Cəlilabad Rayon Təhsil Şöbəsindən (RTŞ) məlumat verilib.

Məlumatda qeyd edilib ki, Cəlilabad RTŞ-nın 15 yanvar 2018-ci il tarixli 5 nömrəli əmri ilə Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra etmiş Lətif Seyfullayevdən həmin səlahiyyətlər alınıb.

Qeyd edək ki, direktor məktəb müəllimlərini 50 manat rüşvət vermədiyi üçün təhqir etmişdi.

Müəllimlərdən rüşvət tələbi ilə bağlı səsyazısı yayılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 16-01-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma